Bu ölkə qışda kömürsüz qalacaq

01:40 - 6 Avqust 2022 - GÜNDƏM

 Bu ölkə qışda kömürsüz qalacaq

Qışda Polşada kifayət qədər kömür olmaya bilər.

Buta.ws xəbər verir ki, bu sözləri Polşa Senatı üzvü Yaçek Buriy deyib.

“Biz hər il 57 milyon ton kömür yandırırıq. Hasilat isə 42 milyona yaxındır. Bizim üçün 15 milyon ton neft çox azdır. Bundan əlavə, Polşa limanları kömür həcminin idxalının öhdəsindən gələ bilməyəcək. Çünki limanlarımız gün ərzində 30 min tona qədər yük boşaltmaq iqtidarındadır. Yetərli qədər kömür boşaldılması üçünsə azı 500 gün lazımdır. Bəs qışın gəlməyinə neçə gün var? Bir sözlə, bu kömür gələcək, amma bu qış üçün yox...” - Buriy bildirib.

Xatırladaq ki, Polşa hökuməti Rusiya kömürünün həm dövlət, həm də özəl şirkətlər tərəfindən idxalına qadağa qoyub. Bu isə kömürün qiymətinə kəskin şəkildə təsir edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol