Qazaxıstan da səfirliyə hücuma reaksiya verdi

00:08 - 6 Avqust 2022 - GÜNDƏM

 Qazaxıstan da səfirliyə hücuma reaksiya verdi

Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Buta.ws xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

"Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılıq təzahürünü yolverilməz hesab edirik", - bəyanatda qeyd olunur.

“Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir və onların təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir.

Biz Azərbaycan xalqının dözümlülüyünə əminik və çətin vəziyyətlərdə qardaş dövlətə hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk”, - Xarici İşlər Nazirliyindən qeyd edilib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol