Bakıda bu məsciddən “mehdiçilər”ə möhtəşəm cavab – Foto

23:28 - 5 Avqust 2022 - GÜNDƏM

 Bakıda bu məsciddən “mehdiçilər”ə möhtəşəm cavab – Foto

Bakıdakı Məşədi Dadaş məscidində Məhərrəmlik ayı ilə bağlı keçirilən bugünkü mərasimdən foto paylaşılıb.

Buta.ws xəbər verir ki, fotoda ziyarətə gələnlərin hamısının əlində Azərbaycan Bayrağı tutduğu görünür.

Qeyd edək ki, Britaniyadakı səfirliyimizə hücum edən “Mehdinin xidmətçiləri” adlı radikal dini qruplaşma guya Azərbaycanda şiələrin incidildiyini bəhanə edərək, Bayrağımızı və liderlərimizin fotolarını səfirlik binasından götürərək, yerə atmışdılar. Əvəzində özlərinin qara parçalarını “etiraz kimi” asmışdılar.

Xatırladaq ki, buna cavab olaraq Azərbaycandakı məscidlərdə din xadimləri Azərbaycan bayraqlarını qaldırıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol