Ərdoğan və Putinin Suriya ilə bağlı qərarı

22:20 - 5 Avqust 2022 - GÜNDƏM

 Ərdoğan və Putinin Suriya ilə bağlı qərarı

Liderlər hesab edirlər ki, Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq vacibdir.

Buta.ws xəbər verir ki, bu barədə liderlərin Soçi görüşündən sonra qəbul olunmuş birgə bəyanatda deyilir.

"Qaldırılan məsələlər arasında Suriyada baş verən son hadisələr də var. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyi qeyd edilib", - sənəddə deyilir.

Həmçinin, Putin və Ərdoğan Liviyanın suverenliyinə, ərazi bütövlüyünə, milli birliyinə sadiq olduqlarını açıqlayıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol