Kəlbəcərdə həlak olan hərbçimizə şəhid statusu veriləcək

21:56 - 5 Avqust 2022 - GÜNDƏM

 Kəlbəcərdə həlak olan hərbçimizə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Babək Əsgər oğlu Əliyevə şəhid statusu veriləcək.

Buta.ws-ın məlumatına görə, qanunvericiliyə əsasən, Babək Əliyev şəhid statusu alacaq.

Qeyd edək ki, hərbi qulluqçusu Babək Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində əlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol