Ərdoğan Soçidə İrəvanın taleyini həll edir – Geqamyan

21:12 - 5 Avqust 2022 - GÜNDƏM

 Ərdoğan Soçidə İrəvanın taleyini həll edir – Geqamyan

Rusiya və Türkiyə prezidentləri Soçidə Cənubi Qafqazın və Ermənistanın taleyini həll edir.

Buta.ws xəbər verir ki, bu sözləri öz sosial şəbəkə hesabında erməni türkoloq Varujan Geqamyan yazıb.

Geqamyan etiraf edib ki, 1988-ci ildən biz fövqəldövlətlərin danışıqlar zamanı erməni amilini “nəzərə almalarını” təmin edə bilmişik:

“Amma sonra 2018-ci il baş verdi (Nikol Paşinyanın hakimiyyətə gəlməsi nəzərdə tutulur – red.). Ordusuz suverenlik ola bilməz. Yaxın Şərqdə ordusuz dövlət ola bilməz.

Hər şeydə günahkar Ermənistan hakimiyyətidir. Erməni elitası ermənipərəst hakimiyyəti qurmaq və erməni faktorunu bərpa etmək məsuliyyətini üzərinə götürmədikcə, bizim əvəzimizə başqaları qərar qəbul edəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol