Hərbçilərimiz "Tank biatlonu" müsabiqəsində iştirak edəcək

18:56 - 5 Avqust 2022 - GÜNDƏM

 Hərbçilərimiz

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiyada səfərdədir.

Bu barədə Buta.ws-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol