Orxan Məmmədov Müşahidə Şurasının sədri seçildi

18:26 - 5 Avqust 2022 - GÜNDƏM

 Orxan Məmmədov Müşahidə Şurasının sədri seçildi

“Zirə” futbol klubunda idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.

Klubdan Buta.ws-a bildiriblər ki, iclasda bir sıra mühüm məsələlər müzakirə olunub və klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib.

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov Müşahidə Şurasının sədri seçilib. “AzFar Group” şirkətinin maliyyə direktoru Qabil Abdullayev, “Santral Elektrik” QSC-nin təsisçisi Fuad Rzayev, “Azərenerji” ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol