Ağacların qanunsuz kəsilməsi faktları: cinayət işləri...

15:38 - 5 Avqust 2022 - GÜNDƏM

 Ağacların qanunsuz kəsilməsi faktları: cinayət işləri...

Ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanılıb.

Bu barədə Buta.ws-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, quruma daxil olan vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Məlumata görə, müəyyən edilib ki, Lənkəran rayonunun Bürcəli kəndində, Balakən rayonunun Püştətala kəndində, Zərdab rayonu, İsaqbağı kəndində meşə fonduna daxil olmayan və Oğuz rayonu ərazisində meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 49 min manat ziyan dəyib.

Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol