HİMARS qorxusu: Ruslar bazalarını meşələrə çəkdilər

10:12 - 5 Avqust 2022 - GÜNDƏM

 HİMARS qorxusu: Ruslar bazalarını meşələrə çəkdilər

Melitopol aerodromunun növbəti dəfə atəşə tutulmasından sonra rus hərbçiləri hərbi bazalarını rotasiya etməyə başlayıblar.

Buta.ws xəbər verir ki, bu barədə “RİA Melitopol” nəşri məlumat yayıb.

“Mirnı kəndində uşaq evinin binasında özlərinə xəstəxana təşkil edən ruslar artıq binanı tərk ediblər. Rusiya hərbçiləri Novofilippovka qarşısındakı meşəlik ərazilərə köçürülüb. İşğalçılarla əməkdaşlıq edənlər səhərdən axşama kimi onların ətrafında fırlanır. Təbliğat qəzetləri çap olunur, sonra hamıya paylanır”,-məlumatda deyilib.

Qeyd edək ki, bir neçə gün öncə Melitopoldakı hərbi aerodrom HİMARS sistemləri vasitəsilə vurulmuşdu. Aerodrom Rusiya ordusunun komanda məntəqəsi və təyyarə və helikopterlərinin bazası kimi istifadə olunurdu.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol