Hacı Şahindən səfirliyə hücum edənlərə sərt reaksiya - Video

09:58 - 5 Avqust 2022 - GÜNDƏM

 Hacı Şahindən səfirliyə hücum edənlərə sərt reaksiya - Video

Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu birmənalı olaraq vandalizm aktı adlandırıla bilər. Bu kimi davranışların islam dini ilə heç bir əlaqəsi yoxdur və bu insanlar islam dininin hər hansı bir məzhəbinə aid ola bilməzlər.

Buta.ws xəbər verir ki, bunu Baku TV-yə avqustun 4-də Londonda baş verən hadisələri şərh edərkən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

Hacı Şahinin sözlərinə görə, həmin insanlar öz ölkələrində fəaliyyəti qadağan edilmiş müəyyən qrupların üzvləridir, xarici xüsusi xidmət orqanlarına xidmət edən marginal qruplardır. Din xadimi bildirib ki, belələri Azərbaycanda özlərinə tərəfdar toplaya bilməyiblər və qisas almağa çalışırlar.

Daha ətraflı süjetdə:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol