Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"ATƏT-in Minsk Qrupu Paşinyanın cəfəng fikirlərinə reaksiya verməlidir" - Arzu Nağıyev

Siyasət
"ATƏT-in Minsk Qrupu Paşinyanın cəfəng fikirlərinə reaksiya verməlidir"    - Arzu Nağıyev

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin formatının dəyişdirilməsi haqqında populist bəyanatları bu ölkənin Azərbaycanla predmet danışıqlar aparmağa hazır olmadığını göstərir".

 

Demokrat.Az xəbər verir ki, bunu Trend-ə politoloq Arzu Nağıyev N.Paşinyanın rusiyalı jurnalistlərlə görüşündə verdiyi bəyanatı şərh edərkən deyib.

 

Politoloqun fikrincə, Ermənistan rəhbərliyi bu cür bəyanatlarla Dağlıq Qarabağ ətrafındakı status-kvonu saxlamaq istəyir: "Erməni nazir son dərəcə ziddiyyıtli siyasət nümayiş etdirir. Bir tərəfdən, yüksək səviyyəli görüşlər zamanı o, substantiv danışıqların əhəmiyyətli komponentləri ilə, məsələn, humanitar əməkdaşlıq kimi - guya razılaşır. Digər tərəfdən isə hər dəfə Yerevana qayıtdıqdan sonra qeyri-adekvat bəyanatlar səsləndirməyə başlayır. Bu bəyanatların isə məqsədi Dağlıq Qarabağda status-kvonun saxlanılmasıdır. Aydırdır ki, bu bəyanatlar ilk növbədə faktiki olaraq Paşinyanı hakimiyyətə gətirən daxili auditoriyaya hesablanıb. Ermənistanın Baş naziri bu cür üsulla Yerevanın küçələrində mitinqlər zamanı verdiyi sözlərə sadiq qaldığını nümayiş etdirmək istəyir".

A.Nağıyev qeyd edib ki, Ermənistan hakimiyyətinin bu cür bəyanatları beynəlxalq hüququn prinsipləri və qanunlarına tam ziddir: ",Bu ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrində yer alan bəndlərdən heç birini yerinə yetirmir. Hesab edirəm ki, Ermənistan tərəfinin bəyanatları ATƏT-in Minsk Qrupunun diqqətindən kənarda qalmamalıdır. Məhz Minsk Qrupunun həmsədrləri olan 3 ölkənin hər biri birmənalı qaydada Ermənistan rəhbərliyinin cəfəng fikirlərinə reaksiya verməlidir və bu ölkənin BMT qətnamələrinə əməl etməsini, Azərbaycanın işğal edilmiş ərazilərindən silahlı qüvvələrinin çıxarmasını təmin etməlidir. Lakin ATƏT-in Minsk Qrupu N.Paşinyanın həm Yerevanda, həm də onun işğal edilmiş ərazilərə səfərləri zamanı səsləndirdiyi "böyük" bəyanatlara reaksiya vermir".

 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan verdiyi bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini sürətləndirməyin zəruri olmadığını bildirib: "Biz bu prosesi sürətləndirməyəcəyik, lakin əngəl də olmayacağıq, çünki münaqişə var və onu unutmaq məqsədəuyğun deyil".

 

Bununla belə Baş nazir deyib ki, münaqişəni Dağlıq Qarabağda yaradılmış qondarma rejimi danışıqlar prosesinə cəlb edərək nizamlamaq olar.

 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla