Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Paşinyanın Bakıya qarşı hiyləsi: İsrail hər şeyi anlayır

Siyasət
Paşinyanın Bakıya qarşı hiyləsi:     İsrail hər şeyi anlayır

Paşinyan hökumətinin məqsədi rəsmi Təl-Əvivin İrəvana olan münasibətini dəyişmək və Azərbaycana qarşı müttəfiq olmaqdır.

 

Bu sözləri BUTA.WS-ə son vaxtlar Ermənistanın İsrailə yaxınlaşmaq cəhdlərinə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Paşinyan İsraillə yaxınlaşmaqla Bakı-Təl-Əviv münasibətlərinə mənfi təsir göstərə biləcəyini düşünür:

 

“İsrail hökuməti yaxşı başa düşür ki, Ermənistanın əsas istəyi onlardan istifadə etməkdir. Ermənistan uzun illərdi öz qondarma soyqırımını dünyada tanıtmağa çalışır. Bu qondarma soyqırımı İsrail də tanımır. İsraildə ermənipərəst siyasətçilər tez-tez çalışır ki, Ermənistanla münasibətləri düzəltməyə doğru addımlar atılsın, lakin heç bir nəticə vermir”.

 

Politoloq İsrail-Azərbaycan münasibətlərinin dərin kökləri və iqtisadi, siyasi əlaqələri haqqında danışıb:

 

“Müstəqillik illərinin əvvəlindən İsrail-Azərbaycan münasibətləri daha da dərinləşib. Azərbaycandan İsrailə köçən yəhudilərin siyasi fəallığı da bu münasibətlərin böyüməsində rol oynayıb. 2000-ci ilin əvvəlindən Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq inkişaf etməyə başlayıb. Bakı-Tiflis-Ceyhan neft kəməri fəaliyyətə başladıqdan sonra İsrail hökuməti neftimizin əsas alıcısına çevrildi. İsrailin idxal etdiyi neftin 20 faizi Azərbaycan neftidir. Bu əməkdaşlıq bir daha onu göstərir ki, İsrail həm hərbi-texniki, həm də iqtisadi sahədə Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir”.

 

Qeyd edək ki, İsrail Müdafiə nazirinin keçmiş müavini Efraim Sne “Stmegi.com” saytına müsahibəsində İsrail-Azərbaycan qardaşlığından danışıb. O bildirib ki, İsrail heç vaxt Azərbaycanın düşməninə - Ermənistana bir güllə də satmaz.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla