Hacıqabulda oğurluq edən iki nəfər həbs edildi

10:42 - 27 May 2026 - GÜNDƏM

 Hacıqabulda oğurluq edən iki nəfər həbs edildi

Hacıqabulda oğurluq edən iki nəfər həbs edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlrər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar.

Həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25 000 manat və 10 000 ABŞ dolları oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol