Azərbaycan donuz ətini bu ölkədən 30 manata idxal edib

17:24 - 24 May 2026 - GÜNDƏM

 Azərbaycan donuz ətini bu ölkədən 30 manata idxal edib

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 801,3 ton dondurulmuş donuz əti idxal olunub.

BUTA.TV Yeniavaz.com-a istinadla xəbər verir ki, ölkəyə gətirilən dondurulmuş donuz ətinin bir kiloqramının orta gömrük dəyəri 2,6 dollar (4,5 manat) olub.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuz ətinin idxalı 334,8 ton və ya 72% artıb.

Onu da bildirək ki, bu il donuz ətinin 388,4 tonu Rusiyadan, 343,6 tonu Braziliyadan, 49,15 tonu İspaniyadan, 20 tonu Ukraynadan, 0,11 tonu isə Belarusdan gətirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Konsulumuzun həlak olduğu qəza yerindən - Video

Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 3 ayında donuz əti əsasən Rusiyadan, çox az miqdarda isə Almaniya və Belarusdan idxal edilib.

Bu ilin ilk 3 ayında idxal olunan donuz ətinin bir kiloqramının ölkələr üzrə orta gömrük dəyəri aşağıdakı kimi olub:

İspaniya – 29,8 manat

Belarus – 8,3 manat

Ukrayna – 5,8 manat

Braziliya – 4,8 manat

Rusiya – 4,3 manat


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol