17 yaşlı Yusif 10-dan çox nüfuzlu universitetdən qəbul aldı

13:31 - 24 May 2026 - GÜNDƏM

 17 yaşlı Yusif 10-dan çox nüfuzlu universitetdən qəbul aldı

Bakı şəhərindəki fizika-riyaziyyat təmayüllü liseyin 11-ci sinif şagirdi, 2009-cu il təvəllüdlü Yusif Yaqubov dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərindən qəbul xəbərləri alıb.

BUTA.TV”nun məlumatına görə, riyaziyyat üzrə respublika fənn olimpiadasının qaliblərindən biri olan Yusif dünyanın 10-dan çox nüfuzlu universitetindən qəbul alıb və onların bir neçəsində yüksək məbləğdə təqaüd qazanıb.

Y. Yaqubovun qəbul aldığı universitetlər arasında aşağıdakılar yer alır:

ADA Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC və digər yerli ali təhsil müəssisələri – imtahansız birbaşa qəbul

Bu xəbər hal-hazırda çox oxunur
Konsulumuzun həlak olduğu qəza yerindən - Video

Edinburgh Universiteti – Böyük Britaniya

Shanghai Jiao Tong Universiteti – Çin Xalq Respublikası (37 000 ABŞ dolları təqaüd)

Harbin Institute of Technology, Shenzhen – Çin Xalq Respublikası (50 faiz təqaüd)

Bilkent Universiteti – Türkiyə (72 000 ABŞ dolları təqaüd)

Sabancı Universiteti – Türkiyə (109 500 ABŞ dolları təqaüd)

Koç Universiteti – Türkiyə (64 800 ABŞ dolları təqaüd)

Arizona State University – ABŞ (80 000 ABŞ dolları təqaüd)

Pace University, New York – ABŞ (148 000 ABŞ dolları təqaüd)

Seoul National Universiteti – Cənubi Koreya

Qeyd edək ki, Yaqubovlar ailəsi uzun müddət Bakı şəhərində məskunlaşıb. Yusif ailəsi ilə birlikdə Zəngilan şəhərinə köçən ilk ailələrdən birinin üzvüdür. Doğma yurduna qayıtdıqdan cəmi bir neçə gün sonra o, bu xəbərləri alıb.

Ziya Əmirxanlı



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol