Şimşək, yağış, 26° isti - Faktiki hava

12:35 - 24 May 2026 - GÜNDƏM

 Şimşək, yağış, 26° isti - Faktiki hava

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “BUTA.TV”ya verilən məlumata görə, əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.

Düşən yağıntının miqdarı: Qaxda 47, Xaltanda (Quba) 16, Gədəbəydə 12, Naxçıvanda 9, Daşkəsəndə 8, Qusarda 5, Şahbuz, Kişçayda (Şəki) 4, Altıağacda 3, Gəncə, Tovuz, Naftalanda 2, Goranboy, Ağstafa, Şəmkir, Zaqatala, Balakən, Xaçmaz, Şabran, Ordubad, Şahdağda 1 mm-dək qeydə alınıb.

Mayın 23-də saat 18:45-18:50 radələrində Ağstafa rayonuna, saat 21:02 radələrində Şəmkir rayonu Daşbulaq kəndinə, saat 21:27 radələrində isə Gədəbəy rayonunun Qoşabulaq, Pərizamanlı, Samanlıq kəndlərinə xırda dənəli dolu düşüb.

Bu xəbər hal-hazırda çox oxunur
Konsulumuzun həlak olduğu qəza yerindən - Video

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol