Avropa turniri: İki cüdoçumuz qızıl, ikisi isə bürünc qazandı

21:22 - 2 İyul 2022 - GÜNDƏM

 Avropa turniri: İki cüdoçumuz qızıl, ikisi isə bürünc qazandı

Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri davam edir.

Buta.ws xəbər verir ki, yarışın birinci günündə cüdoçularımızdan Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) üçüncü yeri tutublar.

İki gün davam edəcək yarışda Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edir. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol