Qərb ölkələrindən yeni hərbi yardımın 1-3 ay ərzində gəlməsini gözləyirik.
Buta.ws xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.
"Birinci komponent bürokratiyadır. Xüsusilə silahları necə istifadə edəcəyimiz, onları necə alacağımız, hara təhvil verəcəyimizlə bağlı müəyyən sayda sənəd imzalamalısınız.
Başqa bir problem anbarlardakı bu silahların miqdarıdır. Onların doldurulması lazımdır, çünki heç kim Rusiya qədər pul yığmayıb", - Podolyak bildirib.