Rusiya hasilatı azaltsa, neftin qiyməti 380 dollar olacaq

19:24 - 2 İyul 2022 - GÜNDƏM

 Rusiya hasilatı azaltsa, neftin qiyməti 380 dollar olacaq

Rusiya sanksiyaların təzyiqi altında hasilatı və ixracı azaltmağa qərar verərsə, neftin qiyməti 380 dollara çata bilər.

Buta.ws xəbər verir ki, bu barədə “Blumberq” agentliyində dərc olunan məqalədə bildirilib.

Qeyd olunur ki, gündəlik tədarükün 3 milyon barrel azalması Londonda neftin qiymətinin 190 dollara yüksəlməsinə səbəb olacaq.

Analitiklərin fikrincə, Rusiya gündəlik xam neft hasilatını 5 milyon barrel azaltmaqla iqtisadiyyata əsassız zərər vura bilər. Belə bir azalma neftin qiymətinin bir barrel üçün 380 dollara qədər artmasına səbəb ola bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol