Oğuzda ağır qəza: ölən var

18:00 - 2 İyul 2022 - HADİSƏ

 Oğuzda ağır qəza: ölən var

Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Buta.ws Report-a istinadən xəbər verir ki, hadisə Xalxal kəndində qeydə alınıb.

Belə ki, VAZ-21015 markalı avtomobil yolu keçmək istəyən kənd sakini Əlavər Abuzər oğlu Lətifovu vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol