İş başında ölən və yaralanan DİN əməkdaşlarının sayı...

16:30 - 2 İyul 2022 - GÜNDƏM

 İş başında ölən və yaralanan DİN əməkdaşlarının sayı...

Bu günədək xidməti vəzifələrini yerinə yetirərkən ölən və yaralanan daxili işlər orqanları əməkdaşlarının sayı açıqlanıb.

Buta.ws xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunan tədbirdə çıxışı zamanı Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini, müstəqilliyin yenicə bərpa edildiyi illərdə ölkəmizdə hökm sürən anarxiyanın ağır nəticələrinin aradan qaldırılmasında, respublikada daxili sabitliyin təmin edilməsində və hüquq qaydasının möhkəmləndirilməsində önəmli xidmətlər göstərdiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol