Ukraynada ruslar haqqında disk tapıldı: gizli məlumatlar...

15:42 - 2 İyul 2022 - GÜNDƏM

 Ukraynada ruslar haqqında disk tapıldı: gizli məlumatlar...

Ukrayna sərhədçiləri Çerniqovda Rusiya hərbçiləri haqqında informasiya olan disk aşkar ediblər

Buta.ws xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Diskdə Rusiya ordusunun Moskva vilayətindən olan zenit-artilleriya tağımları barədə yüzlərlə giqabaytlıq informasiya yerləşdirilib.

Eyni zamanda, Ukraynadakı Rusiya hərbçilərinin ştat vəzifələrinin siyahısı, silahların texniki sənədləri və hərbi texnikaya dair məlumatların diskdə əks olunduğu deyilir.

Bildirilib ki, bununla da Ukrayna hüquq-mühafizə orqanları ölkəyə yeridilən Rusiya hərbçilərinin xasiyyətnaməsini və pasportlarının surətini əldə ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol