Abituriyentlərin riyaziyyat fənni üzrə zəif nəticə göstərməsinin səbəbləri...

15:24 - 2 İyul 2022 - GÜNDƏM

 Abituriyentlərin riyaziyyat fənni üzrə zəif nəticə göstərməsinin səbəbləri...

Abituriyentlərin riyaziyyat fənni üzrə hazırlıq səviyyələrinin qənaətbəxş olmamasının səbəbləri açıqlanıb.

Buta.ws xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, həmin fənn üzrə aşağı nəticə göstərilməsi necə var idisə, yenə də eyni vəziyyət qalıb.

Onun sözlərinə görə, yəni riyaziyyat fənni üzrə vəziyyət pisləşməyib: “Sadəcə, Azərbaycan dili və ingilis dilində müşahidə etdiyimiz müsbət tendensiyanı bu fəndə görmürük. Müəllimlərin özlərinin yeni proqramla əlaqədar qiymətləndirmə alətləri ilə işləməyi, məktəbdə tətbiqi, dərsliklərdə ola bilsin hansısa problemlər və s. hamısı ümumi səbəblər sırasındadır. Hər bir sahə ilə bağlı əlavə araşdırmalar aparmaq lazımdır. Məsələn, 10-15 il bundan əvvəl görürdük ki, sadə mövzu imtahana düşəndə abituriyentlər pis cavab verirdi. Araşdırmalarımız onu göstərdi ki, həmin mövzunu üçüncü rübün sonunda və ya 4-cü rübə keçəndə müəllimlər ənənəvi olaraq şagirdlərə məktəbdaxili qiymətləndirilməsi prosesində ev tapşırığı kimi həvalə edirdilər. Çünki üçüncü rübün axırıdır və müəllimlər qiymətləndirmə ilə məşğuldurlar. Təbii k, şagirdlər də evdə həmin mövzuya ötəri baxırlar. Sonra da şagird həmin mövzu imtahana düşəndə zəif nəticə göstərirdi. Halbuki həmin mövzu rübün sonunda izah olunmalı idi, ancaq çox zaman olunmurdu. Belə məsələlər olurdu və zamanla aradan qaldırılır. Məsələlərə səthi yanaşmalar kifayət qədərdir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol