ABŞ Avropaya əlavə qoşunu bu limandan göndərir

13:38 - 2 İyul 2022 - GÜNDƏM

 ABŞ Avropaya əlavə qoşunu bu limandan göndərir

ABŞ Prezidenti Co Baydenin Madriddə “Avropaya əlavə qoşun göndəriləcək” açıqlamasından sonra NATO daxilindəki Amerika qüvvələrinin Yunanıstanın Dədəağac limanına yerləşdiriləcəyi iddia olunur.

Buta.ws xəbər verir ki, bu barədə Yunanıstanın “To Vima” qəzeti məlumat yayıb.

“ABŞ bu yay Dədəağac limanından Avropaya bu günə qədərki ən böyük hərbi texnikasını göndərəcək.

NATO qoşunları və texnikalarının Avropaya köçürülməsi sözügedən limanı diqqət mərkəzində saxlayacaq. Bu vəziyyət daşınma üçün olsa belə, Dədəağac limanında hərbi qüvvələrin bir neçə dəfə artması mənasına gəlir”, - nəşr yazıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol