Yunanıstandan Türkiyə qərarı: Ləğv edildi!

12:54 - 2 İyul 2022 - GÜNDƏM

 Yunanıstandan Türkiyə qərarı: Ləğv edildi!

NATO sammitindən sonra Yunanıstan hakimiyyəti Türkiyə ilə münasibətləri yumşaltmaq üçün addımlar atıb.

Buta.ws xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti iddia yayıb.

“ABŞ və NATO-nun təkliflərinə uyğun olaraq Afina rəhbərliyi yay aylarında Egeydə keçirilməsi planlaşdırılan genişmiqyaslı hərbi təlimləri ləğv edib. Yunanıstan "Yılmaz-Papulias” razılaşmasına uyğun olaraq sözügedən ləğv qərarını qəbul edib. Həmçinin, Egeyin şərqində və ətrafındakı adalarda planlaşdırılan kiçikmiqyaslı təlim fəaliyyətləri də ləğv olunub”, - nəşr yazıb.

Xatırladaq ki, "Yılmaz-Papulias” razılaşması 1998-ci ildə o vaxtkı xarici işlər nazirləri Karolos Papulias və Məsut Yılmaz tərəfindən imzalanan, eyni zamanda, ilk etimad quruculuğu tədbirləri paketini özündə əks etdirən memorandumdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol