Sabahın hava proqnozu açıqlandı

12:36 - 2 İyul 2022 - GÜNDƏM

 Sabahın hava proqnozu açıqlandı

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Buta.ws-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeronda gecə 21-23° isti, gündüz 30-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol