Putinin strateji ideyası: daha çox zərbə…

11:48 - 2 İyul 2022 - GÜNDƏM

 Putinin strateji ideyası: daha çox zərbə…

Rusiyanın Ukraynaya son vaxtlar kütləvi raket hücumunun hədəfi Ukraynanı kapitulyasiyaya məcbur etməkdir. Rusiya lideri Putin çalışır ki, ukraynalılar təslim olsun və Ukrayna ordusu müqavimət göstərə bilməsin.

Buta.ws xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov yerli mediaya Rusiyanın raket hücumlarını həddən artıq artırmasının səbəbi haqda danışarkən deyib.

“Rusiyada raket, təəssüf ki, çoxdur. Orda həm də vəziyyət belədir: bir namenklatura raket bitəndə digər namenklatura alırlar. Burda əsas məsələ odur ki, bizim rəhbərlik çox sürətlə və effektiv şəkildə çalışaraq, partnyorlarımızdan raket əleyhinə müdafiə vasitələri almalıdır – məsələn, NASAMS və ya “Patriot”, - o bildirib.

Onun sözlərinə görə, Ukrayna atılan raketləri zərərsizləşdirsə, onda Putinin şantajı mənasız olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol