Memarlıq abidəsi üzərində tikilən 3-cü mərtəbə sökülür

11:40 - 2 İyul 2022 - CƏMİYYƏT

 Memarlıq abidəsi üzərində tikilən 3-cü mərtəbə sökülür

Bakı şəhərində memarlıq abidəsi sayılan binanın damında aparılan tikinti işləri sökülür.

Kult.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal müvafiq tədbirlər görülüb.

Müəyyən olunub ki, Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa olunmuş tarixi memarlıq abidəsi olan həmin binanın dam örtüyündə binanın sahibkarı tərəfindən mansard inşa olunur.

Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb və sahibkara xəbərdarlıq edilib. Vurğulanıb ki, tarixi binanının üzərində hansısa tikinti işlərinin aparılması yolverilməzdir.

Komunal-təsərrüfat birliyinin nümayəndələri sahibkarı tikintini sökməyə məcbur ediblər:

"Hazırda həmin yer sökülür. Ərazi ciddi nəzarətə götürülüb".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol