İranda 6 bal gücündə zəlzələ: ölənlər var

09:32 - 2 İyul 2022 - GÜNDƏM

 İranda 6 bal gücündə zəlzələ: ölənlər var

İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib.

Buta.ws xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

Məlumata görə, nəticədə 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Departamentinin rəhbəri Mehrdad Həsənzadə isə dövlət televiziyasına 3 nəfərin öldüyü və 8 nəfərin yaralandığı barədə məlumat verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol