“Ceyms Bond”un prodüseri yeni filmin çəkiliş tarixini açıqladı

00:46 - 2 İyul 2022 - GÜNDƏM

 “Ceyms Bond”un prodüseri yeni filmin çəkiliş tarixini açıqladı

Ceyms Bond haqqında silsilə filmlər üzərində işi ilə tanınan amerikalı prodüser Barbara Brokkoli "Bond" serialının növbəti hissəsinin çəkilişləri ilə bağlı planlarından danışıb.

Kult.az xəbər verir ki, prodüserin sözlərinə görə, çəkiliş qrupu ən tez iki ildən sonra işə başlaya biləcək. Belə bir qərar “Agent 007”nin imicində köklü dəyişikliklərlə bağlıdır.

Brokkoli əlavə edib ki, hələ Daniel Kreyqi əvəz edəcək aktyorla bağlı yekun qərara gəlinməyib. Eyni zamanda, yanvarda prodüserlər yeni “Agent 007” roluna İdris Elbanın namizədliyini müzakirə ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol