150 metr diametrliyində asteroid Yerə yaxınlaşır

00:06 - 2 İyul 2022 - GÜNDƏM

 150 metr diametrliyində asteroid Yerə yaxınlaşır

150 metr diametrliyində “2022 JE1”asteroidi Bakı vaxtı ilə 3 iyul saat 19:05-də Yer Kürəsinin yaxınlığından keçəcək.

Buta.ws xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Alimlər asteroidi “potensial təhlükəli” adlandırır, lakin bununla belə göy cisminin planetlə toqquşma ehtimalının olmadığını bildirirlər.

Asteroid Yer Kürəsinin 3,3 milyon km uzaqlığından keçəcək.

Belə ki, “2022 JE1” ateroidi Amur qrupuna aiddir və ilk dəfə 7 may 2022-ci ildə müşahidə edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol