Ruslar Ukrayna taxılını Türkiyəyə gizlin gətirdi - Səfirdən etiraz

23:56 - 1 İyul 2022 - DÜNYA

 Ruslar Ukrayna taxılını Türkiyəyə gizlin gətirdi - Səfirdən etiraz

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Berdyansk şəhər limanından Türkiyə sahillərinə taxıl yüklənmiş “Zhibek Zholy” gəmisi yan alıb.

Buta.ws xəbər verir ki, bu barədə Ukraynanın Ankaradaakı səfiri Vasili Bodnar məlumat yayıb.

"İşğal altında olan Berdyanskdan "Zhibek Zholy" gəmisi Karasu limanına daxil olub. Baş Prokurorluğun məktubu əsasında Türkiyə tərəfinə təcili tədbirlər görülməsi üçün müraciət etdik. Türkiyə hakimiyyəti ilə yaxşı ünsiyyət və sıx əməkdaşlıq var. Mən əminəm ki, qəbul edilən qərarlar Ukraynanın suverenliyini pozmaq cəhdlərinin qarşısını alacaq”, – Bodnar bildirib.

Diplomat gəminin göyərtəsində Ukraynanın oğurlanmış taxılının olduğunu iddia edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol