Gürcüstan səfiri niyə istefa verib? - Müəmmalı durum

22:38 - 1 İyul 2022 - GÜNDƏM

 Gürcüstan səfiri niyə istefa verib? - Müəmmalı durum

Xanım Tea Katukiyanın Gürcüstan Xarici İşlər Naziliyi ilə bağlı səsləndirdiyi ittihamlar bizi təəccübləndirir. Səfir vəzifəsindən onunla öncədən həyata keçirilən məsləhətləşmələr əsasında ayrılıb.

Buta.ws xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin Fransadakı sabiq səfiri Tea Katukiyanın açıqlamaları ilə bağlı bəyanatında bildirib.

“Ona bəyan edildi ki, onun səfir olaraq işlədiyi dövrdə göstərdiyi fəaliyyətindən nazirlik razı deyil. Təəssüflər olsun ki, o öz üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədi", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, Gürcüstanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Tea Katukiya təzyiq, təhdid və təqib olunduğu üçün səfir vəzifəsindən istefa verdiyini açıqlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol