Ərdoğan Tiflisə yeni səfir göndərdi

22:14 - 1 İyul 2022 - GÜNDƏM

 Ərdoğan Tiflisə yeni səfir göndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana təyin etdiyi yeni fövqəladə və səlahiyyətli səfiri Əli Kaan Orbay gündən diplomatik fəaliyyətinə başlayıb.

Buta.ws Publika.az-a istinadən xəbər verir ki, səfir bu gün ilk iş gününə başlayıb və yaxın günlərdə etimadnaməsini Gürcüstanın dövlət başçısına təqdim edəcək.

Məlumat üçün bildirək ki, 29 iyul tarixində Türkiyənin Gürcüstandakı keçmiş səfiri Fatma Ceren Yazganın səlahiyyət müddəti bitib və o, mərkəzə geri çağrılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol