Teymur 26-cı gedişdə çinlini məğlub etdi

21:40 - 1 İyul 2022 - GÜNDƏM

 Teymur 26-cı gedişdə çinlini məğlub etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Buta.ws xəbər verir ki, 35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə üz-üzə gəlib.

26-cı gedişdə rəqibini məğlub edən Rəcəbov xallarının sayını 6-ya çatdırıb.

Təcrübəli şahmatçı hazırda 4-cü pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi növbəti turda ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol