Bakı ilə İrəvan arasında bu səyləri dəstəkləyirik - AB

23:34 - 30 İyun 2022 - GÜNDƏM

 Bakı ilə İrəvan arasında bu səyləri dəstəkləyirik - AB

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistandan olan mütəxəssislərin Cənubi Qafqazda sülh və firavan gələcəyə doğru davam edən səylərini alqışlayıb.

Buta.ws Report-a istinadən xəbər verir ki, o, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələrin çoxsaylı çağırışlar və yüksək emosiyalarla müşayiət olunduğunu etiraf edib. Toivo Klaar tərəfələrin dialoq qurmaq, etimad yaratmaq səylərini davam etdirmək əzmini alqışlayıb.

AB-nin xüsusi nümayəndəsi qeyd edib ki, erməni və azərbaycanlı mütəxəssislərin Cənubi Qafqazda sülh və firavan gələcəyə doğru davam edən səylərini təqdir edir.

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bununla AB-nin davamlı sülhə sadiqliyini bir daha təsdiqləyib.

Qeyd edək ki, iyunun 29-30-da Gürcüstanın Kaxreti şəhərində Avropa Birliyinin (AB) dəstəyi ilə keçirilən “dəyirmi masa”da erməni və azərbaycanlı mütəxəssis bir araya gəlib. Onlar AB, Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından olan həmkarları ilə birlikdə dinc Cənubi Qafqazın gələcəyi üçün mümkün ssenariləri müzakirə ediblər.

Müzakirələr iqtisadiyyat və kommunikasiyalar, təhlükəsizlik, idarəetmə və mədəniyyət siyasəti sahələrində ssenariləri əhatə edib və uzun müddətli bir çox problemin həlli perspektivlərini yaxşılaşdırmaq üçün milli hökumətlər, vətəndaş cəmiyyəti və xarici aktorlar tərəfindən atılacaq mümkün addımlar qiymətləndirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol