Ərdoğan ABŞ-a nümayəndə heyəti göndərir

23:06 - 30 İyun 2022 - GÜNDƏM

 Ərdoğan ABŞ-a nümayəndə heyəti göndərir

Türkiyə F-16 qırıcılarının tədarükü ilə bağlı məsələni həll etmək üçün ABŞ-a nümayəndə heyəti göndərəcək.

Buta.ws xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Cənab Baydenin bu məsələdə səmimi səyləri güclü dəstək alacaq. Mən dərhal ABŞ-a nümayəndə heyəti göndərəcəyəm”, - o, Madriddə NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, Bayden daha əvvəl Türkiyəyə F-16 qırıcıları satışını dəstəkləmişdi. O, həmçinin xatırladıb ki, bu cür razılaşmalar ABŞ Konqresinin təsdiqini tələb edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol