Goranboyda avtomobil aşdı: 3 nəfər yaralandı

21:04 - 30 İyun 2022 - GÜNDƏM

 Goranboyda avtomobil aşdı: 3 nəfər yaralandı

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Buta.ws-ın Report-a istinadən məlumatına görə, hadisə Balakürd kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər - 1948-ci il təvəllüdlü Murad Paşayev, 1959-cu il təvəllüdlü Tamella Muradova və 2012-ci il təvəllüdlü H.Paşalı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan M.Paşayevin vəziyyəti ağır, digərlərinin orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol