Sərkisyanın xaç oğluna 9 il iş verdilər

20:56 - 30 İyun 2022 - GÜNDƏM

 Sərkisyanın xaç oğluna 9 il iş verdilər

Ermənistan parlamentinin keçmiş deputatı Levon Sərkisyan (Alraxaçi Levik) 9 il müddətinə azadlıqdan məhrum edilib.

Buta.ws xəbər verir ki, müvafiq qərarı İrəvan məhkəməsi qəbul edib.

Məhkəmə Sərkisyanı 2008-ci ilin oktyabrında gömrük komitəsinin keçmiş sədri Armen Avetisyanın malikanəsinə quldurluq hücumunu təşkil etməkdə təqsirli bilib. Sərkisyanın kürəkəni Suren Kazaryan isə 8 il həbs cəzası alıb.

Xatırladaq ki, Levon Sərkisyan uzun müddət axtarışda idi. 2019-cu ilin noyabrında Rusiyada saxlanılıb, 2020-ci ilin avqustunda isə Ermənistana ekstradisiya edilib.

Qeyd edək ki, Levon Sərkisyan eks-prezident Serj Sərkisyanın xaç oğludur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol