Ana sevgili tapdı, 3 qızı zorakılığa məruz qaldı - FOTO

16:42 - 30 İyun 2022 - HADİSƏ

 Ana sevgili tapdı, 3 qızı zorakılığa məruz qaldı - FOTO

Azərbaycanda 3 bacı ananın sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalıb.

Buta.ws xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, hadisə Sumqayıt şəhərində baş verib:

“Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən 12 iyun 2022-ci ildə təhqiqat başlanıb. Uşaqların anasını sevgilisi öz gününə salıb, narkotik asılısı edib. Uşaqları təhlükəsizlik baxımından xala ilə baba Uşaq Sığınacağına yerləşdirib. Narkotik aludəçisi cinayətini ört-basdır etmək üçün nələrə əl atmaz ki?! Bir ildir ki, uşaqlar təhsildən yayınıblar”, - K.Ağazadə bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol