Bakı ilə bu 4 məsələ müzakirə edilir - Qriqoryan

15:30 - 30 İyun 2022 - GÜNDƏM

 Bakı ilə bu 4 məsələ müzakirə edilir - Qriqoryan

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünün keçirilməsi yaxında mümkündür.

Buta.ws xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Bizdə məlumat var ki, belə bir görüşün yaxın vaxtlarda keçirilməsi mümkündür. İndi məsələ müzakirə olunur", - Qriqoryan bildirib.

Onun sözlərinə görə, Moskva və Brüsseldə Azərbaycanla 4 əsas məsələ müzakirə olunur:

“Bunlar humanitar məsələlərdir, burada əsas rolu əsirlərin qaytarılması, itkin düşənlər haqqında məlumatların toplanması oynayır. İkincisi, kommunikasiyaların açılması, sonra delimitasiya və demarkasiyadır. Eləcə də Qarabağ probleminin həllidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol