ARB-dən Zaur Kamalla bağlı açıqlama

14:56 - 30 İyun 2022 - SİYASƏT

 ARB-dən Zaur Kamalla bağlı açıqlama

"Telekanal rəhbərliyinin bu məsələdə nə edəcəyi ilə bağlı hər hansı məlumat yoxdur. Amma hələki bunula bağlı heç bir qərar yoxdur. Sadəcə olaraq bildirmək istəyirəm ki, Zaur ordada mövqeyini bildirib və reklam fasiləsindən qayıtdıqdan sonra fikrinə aydınlıq gətirib". 

Bunu   ARB telekanalının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mail Əskərov “Həmin Zaur” verilişində aparıcı Zaur Kamalın qonağı efirdən qovmasına məsələsi ilə bağlı açıqlama verərkən deyib.

"Məncə, Zaur yetərincə açıqlama verdi. Ancaq yenə də qeyd edirəm ki, rəhbərlik tərəfindən Zaura qarşı hansısa tədbirin görülməsi ilə bağlı məlumat yoxdur" - M.Əskərov qeyd edib.

Xatırladaq ki, ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində proqramın aparıcısı Zaur Kamal iranlı müğənni Afşin Azərin efirdən qovub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol