Bizə böhtan atmağı dayandırın! - Çin

14:00 - 30 İyun 2022 - GÜNDƏM

 Bizə böhtan atmağı dayandırın! - Çin

Alyans Pekinə böhtan atmağı dayandırmalıdır. NATO Çinin xarici siyasətini ləkələyir və onun normal hərbi inkişafı və milli müdafiə siyasəti ilə bağlı məsuliyyətsiz bəyanatlar verir.

Buta.ws xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

Sözçü əlavə edib ki, alyans münaqişə, Soyuq müharibə zehniyyəti və ideoloji qərəzliyi gücləndirir.

Qeyd edək ki, dünən Madriddə keçirilən zirvə toplantısından sonra açıqlanan strateji konsepsiyada NATO-nun Çinin qlobal logistika və iqtisadiyyata nəzarət edərək mövcud dünya nizamını pozmağa çalışdığı bildirilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol