Zaurla bağlı onlar qərar verməlidir - Professor

13:32 - 30 İyun 2022 - GÜNDƏM

 Zaurla bağlı onlar qərar verməlidir - Professor

Haqqında danışılan informasiyanı sosial şəbəkələrdə gördüm və təəssüfləndim ki, bizim televiziya məkanında bu cür hadisələr baş verir.

Bu sözləri Buta.ws-a açıqlamasında Zaur Kamalın efirdə kobudcasına güneyli müğənni Afşin Azərini qovması haqda danışan media eksperti, professor Qulu Məhərrəmli deyib.

Professor bu hadisədən narazı qaldığını bildirib:

“Əlbəttə, inzibati və yaradıcılıq nöqteyi-nəzərindən verilişdə əsas sima aparıcıdır. O, həm dirijorluq , həm də operatorluq edir, söz və suallar verir, digər proseslərə nəzarət edir. Bir sözlə, aparıcı verilişi nizamlayır.

Əgər veriliş iştirakçıları cəmiyyətin hansısa qəbul etmədiyi bir davranış tərzi numayiş etdirər və kənara çıxarsa, kobudluq göstərərsə, veriliş zamanı etik normaları kobud şəkildə tapdalayarsa, o zaman ona dərəcəsindən asılı olaraq irad bildirilə bilər və əgər verilişin nizamının pozulma təhlükəsi yaranarsa, aparıcı son qərarı özü qəbul edə bilər.

Amma belə anlaşılır ki, indiki şəraitdə o verilişdən uzaqlaşdırılan iştirakçı qeyri-adi və yaxud qəzəbə səbəb olacaq heç bir addım atmayıb. Aparıcı burada öz səlahiyyətindən sui-istifadə edib və iştirakçını kobud bir tərzdə verilişdən kənarlaşdırıb.

Düşünürəm ki, əsas qərarı televiziya rəhbərləri, verilişin prodüsseri, rejissoru verə bilər.

Bir daha qeyd edim ki, ciddi şəkildə etik qaydalar pozulmursa, qonağı heç bir halda efirdən qovmaq olmaz!” - Q.Məhərrəmli deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol