İyulun ilk günündə hava necə olacaq?

13:22 - 30 İyun 2022 - GÜNDƏM

 İyulun ilk günündə hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Buta.ws-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol