Solovyov Bakıdan yenə üzr istədi: Bu dəfə əxlaqla - Video

12:04 - 30 İyun 2022 - CƏMİYYƏT

 Solovyov Bakıdan yenə üzr istədi: Bu dəfə əxlaqla - Video

Rusiyalı teleaparıcı Vladimir Solovyov Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında hələ də fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün “xarici işlər naziri” ilə müsahibəyə görə ikinci dəfə Azərbaycandan üzr istəyib.

Buta.ws xəbər verir ki, Solovyov indiki üzrünü “Rossiya 1” telekanalının efirində səsləndirib.

“Başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Mən şəxsən bu prioritetlə tam razıyam. Dünən səhər efirimdə Bakıda qəbuledilməz sayılan olay yaşandı. Öz adımdan Azərbaycandan üzr istəyirəm, çünki bu, mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlardır, səhvlər olur”.

Solovyov ötən gün də bu müsahibəyə görə Azərbaycanda üzr istəmişdi. Lakin dünənki üzrü qəbahətindən betər olmuşdu. Belə ki, o, üzr istəyərkən “Jurnalist etikasını pozdum, Qarabağ “xarici işlər naziri” David Babayanı müsahibəyə dəvət edərək balansı qorumadım. Gərək Azərbaycan tərəfini də dəvət edərdim” ifadəsi ilə guya üzr istəmiş, əslində isə sepapartçı tör=töküntüsünü “tərəf” kimi tanıdığını nümayiş etdirmişdi. Bu isə haqlı olaraq Azərbaycanın daha ciddi etirazına səbəb oldu.

Qeyd edək ki, Solovyov “Solovyov Live” Yutub kanalında Qarabağdakı separatçı tör-töküntüsünün “xarici işlər nazir”i David Babayanla müsahibə etmişdi.

 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol