Hazırda Bakı-Naxçıvan istiqamətində yüksək tələbat müşahidə olunur.
Bu barədə Azərbaycan Hava Yollarından 5-10 noyabr tarixlərində Naxçıvana bilet tapılmamasının səbəbləri ilə bağlı BUTA.TV-ın sorğusuna cavabında bildirilib.
“Qeyd edilən tarixlərdə daimi reyslərin cədvələ uyğun həyata keçirilməsi, eyni zamanda əlavə uçuşların təyin edilməsi nəzərdə tutulub. Tələbatı qarşılamaq məqsədilə Azərbaycan Hava Yolları aviaşirkəti 5-10 noyabr tarixlərində sözügedən istiqamətdə 13 əlavə reys yerinə yetirməyi planlaşdırıb. Zərurət yaranarsa, sərnişinlərin Bakıdan Naxçıvana çatdırılması üçün əlavə tədbirlər görüləcək.
Qeyd edək ki, aviaşirkət Bakı-Naxçıvan istiqamətində gün ərzində 10-a yaxın reys həyata keçirir”.
Xatırladaq ki, noyabrın 8-dən 13-dək Azərbaycanda qeyri-iş günləridir. Noyabrın 11-i isə COP29 sammitinin açılışı olacaq. Tədbir noyabrın 22-dək davam edəcək.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır