Tibb işçiləri Maradonanın ölümündə ittiham olunur

14:20 - 23 İyun 2022 - GÜNDƏM

 Tibb işçiləri Maradonanın ölümündə ittiham olunur

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündə qızları tərəfindən səhlənkarlıqda ittiham olunan səkkiz tibb işçisi məhkəmə qarşısına çıxarılacaq.

Buta.ws xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İttiham olunanlar arasında Maradonanın neyrocərrahı və şəxsi həkimi, psixiatr və psixoloq Leopoldo Luke, iki həkim, iki tibb bacısı və onların müdiri də var. Onların hamısı onun ölümünə görə məsuliyyəti inkar ediblər.

Argentinanın Cinayət Məcəlləsinə görə, cinayətdə əli olanlar 8 ildən 25 ilə qədər həbs cəzası ala bilər. Məhkəmənin vaxtı hələ müəyyən edilməyib.

Qeyd edək ki, dünya şöhrətli futbolçu Maradona 2020-ci ilin noyabrında 60 yaşında Buenos-Ayresdə vəfat edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol