Rusiya “Bayraqdar” və “Qartal”ı uçmağa qoymur

11:14 - 23 İyun 2022 - GÜNDƏM

 Rusiya “Bayraqdar” və “Qartal”ı uçmağa qoymur

Ukrayna ordusu Rusiyanın hava hücumundan müdafiə sisteminə görə Türkiyənin “Bayraktar” PUA-larının ölkənin şərqində döyüş uçuşlarının sayını azaldıb.

Buta.ws xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.

Məlumata görə, Ukrayna rəsmiləri ABŞ-ın təqdim etdiyi “Boz Qartal” pilotsuz təyyarələrinin də Donbas üzərində gücləndirilmiş Rusiya hava müdafiəsi tərəfindən vurulacağından narahatdılar:

“Ukraynada hava əməliyyatlarının sayı gündə 20-30 döyüşə endirilib. Rusiya qüvvələri artilleriya sistemlərini qorumaq üçün Ukraynanın şərqində hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə üstünlük verir. Bununla belə, Ukrayna təyyarələri və PUA-ları son həftə ərzində Xerson vilayətində hədəflərə bir neçə uğurlu zərbə endirərək, fəaliyyətini davam etdirir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol